Sizin link burada

BMT TŞ Suriyada atəşkəsə dair qətnamə qəbul etdi

BMT Təhlükəsizlik Şurası Suriyada 30 günlük atəşkəs rejiminin tətbiqi və ölkə ərazisində humanitar əməliyyatların aparılmasına dair qətnaməni yekdilliklə qəbul edib

 

Sənəd humanitar yardımları çatdırmaq, yaralı və ağır xəstələrin tibbi təxliyəsini həyata keçirmək üçün münaqişənin bütün tərəflərindən toqquşmaları azı 30 gün müddətinə dərhal dayandırmağı və humanitar fasiləni təmin etməyi tələb edir.      

 

Sənədə əsasən, atəşkəs rejimi İŞİD, “Cəbhə ən Nüsrə” və “Əl Qaidə” kimi terror təşkilatlarına və onlarla əlaqəli qruplaşmalara şamil edilmir.   

LENT

23 İyun 2018
22 İyun 2018

Digər xəbərlər >>>