Sizin link burada

Qadın sərxoş oğlu tərəfindən bıçaqlandı

 

 

Göygöldə bıçaqlanma olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə rayon sakini 1959-cu il təvəllüdlü Yusibova Mötəbər İslam qızı qarının kəsilmiş deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O dərhal əməliyyat olunub. Vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Məlumata görə M. Yusibova oğlu tərəfindən bıçaqlanıb.  Belə ki, qadın oğlu 1998-ci il təvəllüdlü Zaur Əsgərovun spirtli içki içməsinə etiraz edərkən, sonuncu tərəfindən bıçaqlanıb.

 

Faktla bağlı araşdırma aparılır. 

LENT

23 İyun 2018
22 İyun 2018

Digər xəbərlər >>>