Sizin link burada

Azərbaycanda ayağından güllələnən şəxslə bağlı YENİ MƏLUMAT - FOTO

Dünən axşam saatlarında Şirvan şəhərində baş vermiş silahlı insidentlə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az virtualaz.org-a istinadən xəbər verir ki, ayağından tapança yarası alan Şirvan şəhər sakini 52 yaşlı Teyyub Eyyub oğlu Tağıyev yaralı vəziyyətdə Şirvan Şəhər Xəstəxanasına çatdırılıb.

 

Məlumata görə, Teyyub Tağıyev 90-cı illərdə Ukraynanın Odessa şəhərində yaşayıb və həmyerlisi, Odessa bazarında işləyən azərbaycanlıların əsas himayəçisi kimi böyük nüfuza sahib olan Rahim Ələkbərovun ən yaxın adamlarından biri olduğundan “Odessa” Teyyub kimi tanınıb.

 

2001-ci ilin noyabr ayının 29-da Rahim Ələkbərov Odessada qətlə yetirildikdən sonra Teyyub Tağıyev də geri dönüb.

 

Hüquq-mühafizə orqanlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində artıq hadisəni törədən şəxsin kimliyi də müəyyən olunub.

 

Faktla bağlı araşdırmalar davam edir.

 

 

xxx

 

21:11

 

Şirvan şəhər sakini ayağından güllə yarası alıb. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, yaralı 1966-cı il təvəllüdlü Tağıyev Teyyub Eyyub oğlu Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

 

T.Tağıyevin bir neçə məhkumluğu olduğu bildirilir. 

 

Faktla bağlı araşdırma aparılır. 

LENT

18 İyun 2018
17 İyun 2018

Digər xəbərlər >>>