Sizin link burada

(R) Qərbi Kaspi Universitetində Startap Günləri keçirilib

 

Qərbi Kaspi Universitetinin (Western Caspian University) təşkilatçılığı ilə Startap Günləri keçirilib.

Açılışda çıxış edən natiqlər bu tədbirin əhəmiyyətinə toxunub, yaxşı ənənələrə malik olan Qərbi Kaspi Universitetinin bu gün də innovativ layihə və tədbirlər həyata keçirdiyini, Startap Günlərinin də belə tədbirlərdən biri olduğunu vurğulayıblar. Qeyd edilib ki, təhsil ocaqları iqtisadiyyatın, istehsalatın çağırışlarına cavab verməli, kadr hazırlığında bu tələblərə doğru getməlidir. Bugünkü Startap Günləri məhz bu çağırışa reaksiyalardan biridir.

Yarışın ilk günündə gənc startapçıların ideyaları münsiflər heyəti tərəfindən qiymətləndirilib. Qeyd edək ki, yarışmaya tələbələrlə yanaşı 100-ə yaxın məktəbli də qatılıb, 15 məktəbli final mərhələsinə keçə bilib. Qalib gələn biznes ideyalar ətrafında komandalar formalaşıb və layihələrin prototipinin hazırlanmasına başlanılıb.

Tədbirin ikinci günündə yeni başlayan startapçılar üçün beynəlxalq ekspertin iştirakı ilə Təlimlər keçirilib. Eyni zamanda yerli startap sahiblərinin, ekspertlərin və İT şirkət rəhbərlərinin internet biznesə maraq göstərən tələbə-gənclərlə görüşləri təşkil olunub.

Ən innovativ 6 ideyaya sahib komanda final mərhələsində yarışıb. Gərgin və maraqlı keçən yarışda ən yaxşı 3 ideya qalib seçilib. Qaliblərə sertifikat və hədiyyələr təqdim olunub.


Qeyd edək ki, Qərbi Kaspi Universitetinin keçirdiyi Startap Günlərinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi rəsmi, Startap Azərbaycan Təşkilat Komitəsi, Yüksək Texnologiyalar Parkı, İT-nin İnkişafı Dövlət Fondu, Yüksək Texnologiyalar Parkı təşkilati dəstək verir.

Startap Günlərinin keçirilməsində məqsəd tələbələr tərəfindən yeni startapların yaradılmasına kömək etmək və bu istiqamətdə tələbələrə informasiya-metodiki dəstək, eləcə də internet biznesin inkişafına təkan vermək və milli startap infrastrukturunu inkişaf etdirməkdən ibarətdir.

 

 

LENT

21 İyun 2018
20 İyun 2018

Digər xəbərlər >>>