Sizin link burada

Fermalardan oğurluq edən çoban saxlanıldı

Beyləqan və Ağcabədi rayonlarında 27 baş qoyunu oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini tutulub.

 

Lent.az-ın “report”a istinadən xəbərinə görə, Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Beyləqan və Ağcabədi rayonları ərazisində ayrı-ayrı təsərrüfatlardan bir necə dəfə oğurluq edən Rahil Zülfiqarov saxlanılıb.

 

Məlum olub ki, o, vətəndaşların ümumilikdə 27 baş seçmə xırda buynuzlu heyvanını oğurlayıb.

 

Rahil Zülfiqarovun sözlərinə görə, o, oğurluğu əvvəlcədən planlaşdırıb və gecə saatlarında edib. O, oğurladığı heyvanların izini itirmək ücün onları bir necə gün saxladıqdan sonra qonşu rayonlarda yerləşən bazarlarda satıb.

 

Qeyd edək ki, R.Zülfüqarov Ağcabədidəki fermalardan birində çoban işləyib. O, işlədiyi fermadan da oğurluq edib. Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

 

 

LENT

18 İyun 2018
17 İyun 2018

Digər xəbərlər >>>