Sizin link burada

ABŞ səfirliyinin Yerusəlimə köçürüləcəyi tarix açıqlandı

ABŞ-ın Yerusəlimdə səfirliyi bu ilin mayında fəaliyyətə başlayacaq.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin  nümayəndəsi bildirib.

 

“Mayın 14-də səfirliyin Yerusəlimdə fəaliyyətə başlamasını planlaşdırırıq. Səfirlik hazırkı ABŞ Konsulluğunda yerləşəcək. Onun açılışı İsrailin 70 illiyinə həsr olunacaq”, deyə Dövlət Departamentinin nümayəndəsi qeyd edib.

 

Bundan əvvəl Reuters agentliyi İsraildəki mənbələrə istinadən səfirliyin mayda açılacağına dair xəbər yayıb.

 

Qeyd edək ki, 2017-ci il, dekabrın 6-da prezident Donald Tramp Yerusəlimin İsrailin paytaxtı kimi tanınmasını bəyan edib və ABŞ-ın Tel-Əvivdəki səfirliyini Yerusəlimə köçürüləcəyini bəyan edib.

 

 

LENT

23 İyun 2018
22 İyun 2018

Digər xəbərlər >>>