Sizin link burada

Qvardiolanın şəxsi təyyarəsində axtarış

İspaniya polisi “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanın şəxsi təyyarəsində axtarış aparıb. Apasport.az saytının məlumatına görə, onlar Kataloniyanın keçmiş prezidenti Karles Puçdemonu axtarıblar.

 

Belə ki, Kataloniyanın müstəqilliyini elan etdikdən sonra ölkədən qaçan Puçdemon hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilib.

 

Həftəsonu ailəsi ilə birlikdə Barselonaya istirahətə gələn Qvardiolanın təyyarəsində axtarış isə ispan məşqçini olduqca məyus edib.

 

Qeyd edək ki, Qvardiola Kataloniyanın müstəqilliyini və Puçdemonu dəstəklədiyini bildirmişdi.

LENT

24 İyun 2018
23 İyun 2018
22 İyun 2018

Digər xəbərlər >>>