Sizin link burada

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

ABŞ Maliyyə nazirliyi Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bəyan edib.

 

"Rusiya Federasiyasına qarşı sanksiyalar üzərində işləyirik və bir neçə həftə ərzində onları elan etmək niyyətindəyik”, deyə nazir bildirib.

 

Qeyd edək ki, bu gün ABŞ Maliyyə nazirliyi Şimali Koreyaya qarşı sanksiyaları genişləndirib. 

LENT

24 İyun 2018
23 İyun 2018
22 İyun 2018

Digər xəbərlər >>>