Sizin link burada

Özünü binadan atmaq istəyən şəxs xilas edildi

 

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Tərtər rayonunda 1 nəfərin dördmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirməasi barədə məlumat daxil olub.

 

Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, Qarabağ Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılmış psixoloji söhbətlər nəticəsində o, intihar etmək fikrindən daşınıb.

 

Əməliyyat başa çatıb.

LENT

23 İyun 2018
22 İyun 2018

Digər xəbərlər >>>