Sizin link burada

UNEC tələbələrinin ifasında tamaşa: “Xocalısız 26 il”

UNEC-də Xocalı soyqırımı qurbanları anılıb. Lent.az-ın məlumatına görə, anım mərasimində Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Şuşa rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov, polkovnik Abdulla Qurbani, UNEC-in rektoru, professor Ədalət Muradov, universitetin professor-müəllim və tələbə heyəti iştirak edib. Öncə iştirakçılar Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan, yarpaqlarında faciə qurbanlarının adları həkk olunan xatirə ağacını ziyarət edib, UNEC tələbələrinin əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olublar.

 

Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Xocalı faciəsindən bəhs edən qısa film nümayiş etdirilib.

 

Tədbirdə UNEC Yaradıcılıq Mərkəzinin üzvlərinin ifasında “Xocalısız 26 il” tamaşası nümayiş olunub.

LENT

23 İyun 2018
22 İyun 2018

Digər xəbərlər >>>