Sizin link burada

İlham Əliyev Naxçıvana 3 milyon manat pul ayırdı

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında heyvandarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTAC-a istinadən məlumatına görə, Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün süni mayalanma tədbirlərinin həyata keçirilməsinin vacibliyini nəzərə alaraq, Süni Mayalanma Mərkəzinin yaradılması işlərinin həyata keçirilməsi məqsədi ilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.2-ci yarımbəndində göstərilmiş məbləğin 3 milyon manat Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılıb.

 

Bu Sərəncamdan irəli gələn məsələləri həll edilməsi Nazirlər Kabinetinə tapşırılıb.

LENT

23 İyun 2018
22 İyun 2018

Digər xəbərlər >>>