Sizin link burada

BƏƏ-də yaşayan həmyerlilərimiz Azərbaycanla bağlı təqdimat keçirib

 

 

Birləşmiş Ərəb Əmirliyində yaşayan həmyerlilərimiz tərəfindən Dubay şəhərinin mərkəzində yerləşən "İnternational school of Choueifat” tədris mərkəzində “İnternational Day” (Beynəlxalq Gün) adlı tədbir keçirilib. Lent.az-ın məlumatına görə, bu ölkədəki diaspor nümayəndəsi Vüsal Kazımlı bildirib ki, bu məktəb BƏƏ-də açılmış ilk və tanınmış məktəblərdən biridir, orada 30-dan çox ölkədən şagirdlər təhsil alır. Bu məktəbin əsasını SABİS təhsil sistemi təşkil edir. SABİS təhsil sistemi – qlobal təhsil şəbəkəsidir, 5 qitədə, 20 ölkədə, həmçinin Azərbaycanda mövcuddur. 

 

Qeyd edək ki, tədris mərkəzində 70 000 şagird tədris alır. Onların arasında 30-a yaxın azərbaycanlı şagird də var. Tədbir zamanı azərbaycanlı şagirdlər və valideynləri Azərbaycan dili, mətbəxi, adət-ənənəsi barədə təqdimatla çıxış ediblər. Bir neçə saat davam edən tədbirdə minlərlə insan iştirak edib, tədbirə gələn hər kəsdə yüksək əhval- ruhiyyə müşahidə olunub. Azərbaycanla bağlı təqdimat minlərlə insan tərəfindən böyük maraqla izlənib.

 

 

LENT

24 İyun 2018
23 İyun 2018
22 İyun 2018

Digər xəbərlər >>>