Sizin link burada

"Valideynlərin narahatlığına heç bir əsas yoxdur" - Təhsil İdarəsi

 

"Hazırda paytaxtdakı ümumi təhsil məktəblərinin mövcud məktəbəhazırlıq qruplarındakı 24 000-dən çox uşağın  I sinfə qeydiyyatı mektebeqebul.edu.az sistemi tərəfindən avtomatik olaraq aparıldığına və minlərlə valideyn eyni anda övladını qeydiyyatdan keçirmək istədiyinə görə I sinfə uşaqların elektron qeydiyyatı sistemində müəyyən ləngimələr müşahidə oluna bilər". 
 
 
Bu barədə Lent.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov bildirib. 
 
 
Onun sözlərinə görə, Bakı şəhəri üzrə saat 10:00-dan Bakı şəhəri üzrə I sinfə uşaqların onlayn qeydiyyatı başlayıb. Valideynlər mektebeqebul.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və yaxud Bakı şəhəri üzrə 52 məktəbdə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinin xidmətlərindən istifadə edə bilərlər: "Uşaqların I sinfə elektron qeydiyyatı prosesinin Bakı şəhərində fevralın 22-dən sentyabrın 15-nə qədər olan müddətdə davam etdiyini nəzərə alaraq, qarşıda kifayət qədər müddət olduğu üçün valideynlərin narahatlıq keçirməsinə heç bir səbəb yoxdur".
 
 
 

LENT

24 İyun 2018
23 İyun 2018
22 İyun 2018

Digər xəbərlər >>>