Sizin link burada

Bakıda faciə: məktəbli qızın meyiti tapıldı

 

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Lent.az xəbər verir ki, Yasamal rayonu 2-ci Alatava qəsəbəsində yaşayan 2003-cü il təvəllüdlü Qabulova Çimnaz Elşən qızı hamam otağında olarkən dəm qazından zəhərlənib. 15 yaşlı qızın meyitini yaxınları aşkarlayıb və bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ölümlə nəticələndikdə) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.

 

Qeyd edək ki, vəfat edən 15 yaşlı Çimnaz Qabulova orta məktəbin 9-cu sinif şagirdi olub.

LENT

18 İyun 2018
17 İyun 2018

Digər xəbərlər >>>