Sizin link burada

Avropa Liqası: 1/8 finalın bütün iştirakçıları bəlli olacaq

Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunları keçiriləcək.

 

Apasport.az saytının məlumatına görə, artıq 1/8 finala yüksələn ilk komanda bəllidir. Belə ki, doğma meydanda “Srvena Zvezda”ya 1:0 hesabı ilə qalib gələn Moskva MOİK-i adını növbəti mərhələyə yazdırıb. Bu gün isə daha 15 cütlükdə qaliblərin adına aydınlıq gələcək. Səfərdən 3:2 hesablı qələbə ilə dönən “Lokomotiv” “Nitsa”nı qəbul edəcək.

 

Çempionlar Liqasında bu mövsüm müxtəlif vaxtlarda “Qarabağ”la oynamış komandaların duelində isə “Atletiko” 4:1-in revanşında “Kopenhagen”i sınağa çəkəcək. “Leypziq” – “Napoli”, “Vilyareal” – “Lion” və “Zenit” – “Seltik” görüşləri də maraqla gözlənilir. Almaniyada “Borussiya”ya 2:3 hesabı ilə uduzan “Atalanta” doğma azarkeşləri önündə qələbə axtarışında olacaq.

 

Avropa Liqası

1/16 final (cavab oyunları)

22 fevral

 

20:00. “Lokomotiv” – “Nitsa”

İlk oyun: 3:2

 

22:00. “Atletiko” – “Kopenhagen”

İlk oyun: 4:1

 

22:00. “Dinamo” (Kiyev) – AEK

İlk oyun: 1:1

 

22:00. “Latsio” – “Styaua”

İlk oyun: 0:1

 

22:00. “Viktoriya” – “Partizan”

İlk oyun: 1:1

 

22:00. “Leypziq” – “Napoli”

İlk oyun: 3:1

 

22:00. “Sportinq” – “Astana”

İlk oyun: 3:1

 

22:00. “Vilyareal” – “Lion”

İlk oyun: 1:3

 

22:00. “Zenit” – “Seltik”

İlk oyun: 0:1

 

 

23 fevral

00:05. “Milan” – “Ludoqorets”

İlk oyun: 3:0

 

00:05. “Arsenal” – “Ostersunds”

İlk oyun: 3:0

 

00:05. “Atalanta” – “Borussiya D.”

İlk oyun: 2:3

 

00:05. “Atletik” – “Spartak”

İlk oyun: 3:1

 

00:05. “Braqa” – “Marsel”

İlk oyun: 0:3

 

00:05. “Salzburq” – “Real Sosyedad”

İlk oyun: 2:2

LENT

21 İyun 2018
20 İyun 2018

Digər xəbərlər >>>