Sizin link burada

Avropa Liqasında ilk 1/8 finalçı bəlli oldu

Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunları çərçivəsində bu gün 1 görüş keçirilib.

 

Apasport.az saytının məlumatına görə, MOİK "Srvena Zvezda"nı qəbul edib. 15 ildən çoxdur ki, avrokuboklarda müntəzəm iştirak edən komandalar Serbiyada qolsuz bərabərə qaldıqlarından, matçın taleyinə Moskvada aydınlıq gəlib.

 

Meydan sahibləri Alan Dzaqoyevin ilk hissənin son dəqiqəsində vurduğu yeganə qolla qələbə qazanıb. Bununla da Avropa Liqasında ilk 1/8 finalçı MOİK olub.

 

 UEFA Avropa Liqası

 

1/16 final mərhələsi (cavab oyunu)

 

 

21 fevral

 

MOİK (Moskva, Rusiya) - "Srvena Zvezda" (Serbiya) - 1:0

 

Qol: Dzaqoyev, 45+1

 

İlk oyun - 0:0

 

Qeyd edək ki, mərhələnin digər 15 oyunu fevralın 22-də keçiriləcək.

 

LENT

24 İyun 2018
23 İyun 2018
22 İyun 2018

Digər xəbərlər >>>