Sizin link burada

ABŞ kosmosda müharibəyə hazırlaşır

ABŞ kosmosda müdafiə imkanlarının maliyyələşdirməsini genişləndirir və kosmosda müharibə istəməsə də, ona hazır olmalıdır.

 

Lent.az-ın “oxu.az”-a istinadən xəbərinə görə, bu barədə çərşənbə günü ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Herbert Makmaster bildirib.

 

“İndi kosmos yer, dəniz və hava ilə yanaşı hərbi domenə çevrilib və biz münaqişələri kosmosa çıxarmağı istəməsək də, Birləşmiş Ştatlar belə bir halın baş verəcəyinə hazır olacaqlar”, - deyə, Makmaster ABŞ Milli Kosmik Şurasının iclasında bildirib.

 

Makmasterin qeydlərinə görə, kosmik məkanda gərginlik ABŞ-ın “düşmənlərinin” günahı ucbatından baş verir. Lakin o, konkret ölkə adlarını çəkməyib.

 

Prezidentin müşaviri bildirib ki, Donald Trampın 2019-cu il üçün təklif etdiyi büdcə layihəsi kosmik müdafiə imkanlarının 1 milyard, qarşıdakı 5 ildə isə 8 milyard dollardan çox artırılmasını nəzərdə tutur.

LENT

24 İyun 2018
23 İyun 2018
22 İyun 2018

Digər xəbərlər >>>