Sizin link burada

Nazirlik meşələrdə reydlər keçirir

Fevralın 21-də Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsi, 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi və Masallı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birgə reyd keçirilib. Lent.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytına istinadən məlumatına görə, keçirilən reyd zamanı Masallı rayonu ərazisində Lerik rayon Çayrud kənd sakini Camal Kərimova məxsus “KAMAZ” markalı 43-BC-403 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində qanunsuz yolla əldə edilmiş meşə materialı aşkar edilib.

Meşə materialını gizlətmək məqsədilə üzəri çınqılla örtülüb. Saxlanılan yük maşını Masallı rayon Polis Şöbəsinə gətirilib. Meşə materialının Lerik rayonundan gətirilməsi ehtimal olunur və hazırda tədqiqat aparılır.

Bu cür halların qarşısını almaq məqsədilə respublika ərazisində reydlər davam etdirilir.

LENT

21 İyun 2018
20 İyun 2018

Digər xəbərlər >>>