Sizin link burada

Akademik Musa Əliyevin 110 illiyi qeyd ediləcək

Prezident İlham Əliyev akademik Musa Əliyevin 110 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, 2018-ci ilin aprel ayında görkəmli Azərbaycan alimi və tanınmış ictimai xadim, akademik Musa Mirzə oğlu Əliyevin anadan olmasının 110 illiyi tamam olur. Azərbaycanda geologiya elminin inkişafına öz fundamental tədqiqatları ilə layiqli töhfələr vermiş Musa Əliyev, eyni zamanda, böyük elm təşkilatçısı olaraq təqdirəlayiq fəaliyyət göstəribş, Elmlər Akademiyasının prezidenti kimi respublikada intellektual potensialın formalaşdırılması və elmin ən perspektivli sahələrinin təşkili istiqamətində mühüm nailiyyətlər əldə edib.

 

Azərbaycan Milli Elmlər Akademiyasına akademik Musa Əliyevin 110 illiyi ilə bağlı tədbirlər planını hazırlayıb həyata keçirməsi ilə bağlı tapşırıq verilib. Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

LENT

24 İyun 2018
23 İyun 2018
22 İyun 2018

Digər xəbərlər >>>