Sizin link burada

Anri Neymara səsləndi: "Başqa idman növünə keç"

“Barselona”nın sabiq hücumçusu Tyerri Anri maraqlı açıqlama ilə diqqət çəkib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, gənc mütəxəssis Neymarın Kataloniya klubundan ayrılmasını dəyərləndirib.
 
Fransalı futbol əfsanəsinin fikrincə, ötən yayda PSJ-yə transfer olunan Neymar heç vaxt Lionel Messini qabaqlaya bilməyəcək. O, braziliyalıya hətta çıxış yolunu da göstərib: “Neymarın “Barselona”dan getmə səbəbinin Messinin kölgəsindən qurtulmaq olub-olmadığını bilmirəm. Onsuz da indi bütün futbolçular Messinin kölgəsindədi. Əgər Neymar bundan xilas olmaq istəyirsə, başqa idman növünə keçməlidi”.
 
Qeyd edək ki, Neymar mövsümün əvvəlində 222 milyon avro müqabilində “Barselona”nı PSJ-yə dəyişib.

LENT

23 İyun 2018
22 İyun 2018

Digər xəbərlər >>>