Sizin link burada

Bakıda ağacların qanunsuz kəsilməsinə qarşı reyd keçirilib

 

Ekologiya və Təbii Sərvətlər  Nazirliyinin əməkdaşları tərəfindən Bakı şəhərində ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyətini yoxlamaq məqsədilə növbəti reyd keçirilib.
 
 
Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, keçirilən reyd zamanı Nizami rayonu, Q.Qarayev prospekti 59 ünvanında gecə saatlarında yaşköküstə 5 ədəd müxtəlif cinsli ağacın kəsildiyi müəyyən edilib.
 
 
Faktla bağlı akt tərtib edilərək təqsirkarın müəyyən edilməsi üçün toplanmış materiallar tədbir görülməsi məqsədilə Nizami rayon polis idarəsinə göndərilib. Eyni zamanda sözügedən ərazidə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının nəzarəti altında Bakı şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi tərəfindən 20 ədəd yeni ağacın əkilməsi təmin olunub. 

LENT

23 İyun 2018
22 İyun 2018

Digər xəbərlər >>>