Sizin link burada

İzmir Mehrabov: “Audit şirkətləri vergi orqanları ilə ödəyici arasında körpü rolunu oynamalıdır”

Yeni vergi siyasəti və vergi inzibatçılığında aparılacaq dəyişikliklərin biznes sektoruna təsiri və sahibkarların gözləntiləri ilə bağlı “Faktura.az” şirkətinin rəhbəri İzmir Mehrabovun “APA-Economics”ə müsahibəsi:

 

- Vergilər Nazirliyi ortamüddətli perspektivdə stimullaşdırıcı vergi siyasətinə keçidi təmin etməklə iqtisadi artımın sürətləndirilməsinə öz töhfəsini verməyə çalışacağını bəyan edib. Stimullaşdırıcı vergi siyasətinin biznes sektoru üçün hansı faydaları ola bilər?

 

- Stimullaşdırıcı vergi siyasətinin biznes üçün bir çox üstünlükləri var. Prezident İlham Əliyevin yaratdığı “Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi” də buna bariz nümunədir ki, bununla da kiçik sahibkarlıqdan gələn gəlirlər dövlət büdcəsini artıracaq. Stimullaşdırıcı addımlara yalnız Vergilər Nazirliyini deyil, Dövlət Gömrük Komitəsinin, o cümlədən İqtisadiyyat Nazirliyinin atdığı addımlar da daxildir. Bu da, lisenziyaların alınmasında, sahibkarların sərbəst addımlar atmasında müsbət rol oynayır. Vergilər Nazirliyi tərəfindən görülən son tədbirlər müsbət haldır ki, sahibkarlarda biznes mühitinin təşkilində öz töhfəsini verir. Sovet dövründən qalmış fikirlər bununla arxa planda qalıb, vergi ödəyicilərində dövlətə inam formalaşıb.

 

- Bildiyiniz kimi, Vergi orqanlarının səlahiyyət və məsuliyyət dairəsi yenidən müəyyənləşdiriləcək. Əsaslandırılmamış maliyyə sanksiyalarına yol verməmək üçün bütün mübahisəli hallar mütləq qaydada vergi ödəyicisinin iştirakı ilə araşdırılacaq. Sizin fikrinizcə, bu addım vergi mübahisələrinin sayının azalmasına necə təsir göstərəcək?

 

- Düşünürəm ki, Vergilər Nazirliyində əvvəlki dövrlərdə haqsız yerə vergi ödəyicilərinə yazılan cərimələr, kameralar uyğunsuzluqlar, vergi ödəyiciləri ilə dövlət orqanı işçiləri şəffaflığın artırılması üçün bir yerdə araşdırılacaq. Bu da ona töhfə verəcək ki, Vergilər Nazirliyində dəyişikliklərə baxmayaraq birbaşa vergi ödəyiciləri ilə ünsiyyətdə olan ərazi müfəttişləri rüşvət, şəxsi maraqlar baxımından heç bir addım ata bilməyəcəklər.

 

- Vergilər Nazirliyi mühasibatlıq, audit və vergi xidmətlərini göstərən şirkətlər və məsləhətçiləri öz müttəfiqləri kimi qəbul etdiyini və onlarla işləməyin zəruri olduğunu bəyan edib. Bundan irəli gələrək mühasibatlıq, audit və vergi xidmətlərini göstərən şirkətlər öz işini necə qurmalıdır?

 

- Qeyd edim ki, audit şirkətləri vergi orqanı ilə onun ödəyiciləri arasında körpü rolunu oynamalıdır. Maarifləndirmə işi yüksək səviyyədə aparılmalıdır. Hər halda vergi ödəyicisi dövlət büdcəsinə ödənişi tam olaraq vaxtında yerinə yetirməlidir. Çünki, onun vergi ödənişləri dövlət büdcəsindən qayıdan vəsait şəkilində, yəni sosial müavinətlər, internat evləri və bəzi sosial yönümlü layihələrin həyata keçirilməsi üçün istifadə olunur. Audit şirkətləri, eləcə də “Faktura.az” şirkəti vergi orqanları ilə ödəyici arasında körpü rolunu oynamalıdır.

 

- Sizin fikrinizcə, audit şirkətləri şəffaflıq prinsiplərini əsas götürən Vergilər Nazirliyinin tələblərinə cavab verə bilmək üçün daha nələrə diqqət yetirməlidir?

 

- Yaxşı olardı ki, audit şirkətləri vergi ödəyicisində uçot işini daha dəqiq göstərsin. Prezident İlham Əliyev də çıxışında qeyd edib ki, istər iri, istərsə də kiçik və orta sahibkarlar uçot işini nə qədər düzgün aparsa, onun vergi və gəlirlərlə bağlı problemi ola bilməz. Ona görə də audit şirkətləri konkret olaraq sahibkarlar üçün uçot işini, işçilərin əmək müqavilələrini düzgün təşkil etməlidir.

 

- Vergi ödəyicilərinə xidmətlərdə hansı dəyişiklikləri zəruri sayırsınız?

 

- “Faktura.az” şirkəti olaraq onu düşünürük ki, yaxşı olardı ki, vergi ödəyicisi göstərdiyi fəaliyyət növündən, ticarət obyektinin yerləşdiyi yerindən asılı olaraq əvvəlcədən vergi yükünü bilsin. Necə ki, icarədar icarəyə götürdüyü obyektdən aylıq xərcinin nə qədər olacağını bilir və sahibkarlıqla məşğul olur, eləcə də vergi yükünü, xərclərini öncədən bilsə ki, bu ərazi üzrə, bu fəaliyyət sahəsi üzrə ümumi xərci bu qədərdir, o, addım atanda daha cəsarətlə atacaq. O cümlədən, gömrük işi ilə vergi işinin mütəmadi bir yerdə təşkili daha müsbət hal olardı.

 

- Vergi uçotunu düzgün təşkil etmək üçün şirkətlər hansı məsləhətlər verə bilərsiniz?

 

- Vergi uçotunun düzgün təşkili ilə bağlı onu deyə bilərəm ki, konkret olaraq audit şirkətləri nə qədər mədaxil və məxaric etmələrini tam təşkil etsələr, onların vergi və digər dövlət orqanları ilə bağlı problemi ola bilməz. Yaxşı olar ki, uçot işi və işçilərin əmək müqaviləsi məsələləri düzgün aparılsın ki, sonradan sənədləşmə il bağlı işlərdə onlara maliyyə sanksiyaları tətbiq olunmasın. Çünki, atılan hər bir addım onların iş həyatına mənfi təsir edə bilər.

LENT

18 İyun 2018
17 İyun 2018

Digər xəbərlər >>>