Sizin link burada

"Minsk qrupu çərçivəsində səylərimizi davam etdiririk" - ABŞ səfiri

"ABŞ-ın Minsk qrupunun həmsədri vəzifəsini davam etdirməsi Birləşmiş Ştatların bu münaqişənin həllinə sadiqliyinin bariz nümunəsidir".

 

 

APA-nın məlumatına görə, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib. O, bu yaxınlarda Minsk qrupunun amerikalı həmsədri Endryu Şoferin Azərbaycana səfər etdiyini xatırladıb: "Bilirsiniz ki, Vaşinqtonda müəyyən vəzifələrin ixtisarı ilə bağlı söhbətlər gedirdi. Məhz Minsk qrupunun həmsədri vəzifəsinin saxlanması Birləşmiş Ştatların bu münaqişənin dinc yolla həll edilməsinə sadiqliyinin bariz nümunəsidir".
 
Səfir bildirib ki, ABŞ-ın 1991-ci ildən azərbaycanlı məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində ayırdığı 125 milyon dollarlıq yardım bu istiqamətdə görülən işlərin bir hissəsidir: "Bununla yanaşı, Azərbaycanın daha güclü, çiçəklənən və inkişaf edən ölkə olması üçün ikitərəfli əlaqələrimizi davam etdiririk. Keçən həftə Amerikanın enerji məsələləri üzrə xüsusi nümayəndəsi Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasına qatıldı. ABŞ "Əsrin müqaviləsi" adlanan layihəyə - Bakı-Tbilisi-Ceyhan boru kəmərinə dəstək olub. Bütün bu sadaladığım və sadalamadığım məsələlər Azərbaycanın iqtisadi cəhətdən inkişaf edib, güclənməsinə xidmət göstərir. Biz Minsk qrupu çərçivəsində və ikitərəfli formatda da münaqişə tərəflərini bir araya gətirərək problemin dinc yolla həll olunmasına səylər göstərmişik və bu səylərimizi davam etdiririk".

LENT

21 İyun 2018
20 İyun 2018

Digər xəbərlər >>>