Sizin link burada

Bakıda marşrut avtobusu ağır qəza törətdi: ÖLƏN VAR

 

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az xəbər verir ki, dünən saat 17 radələrində Xətai rayonu Məhəmməd Hadi küçəsində Bakı şəhər sakini Mayil Məsimov idarə etdiyi “Daewoo” markalı, 10 TC 280 dövlət nömrə nişanlı avtobusla yolu keçən Biləsuvar rayon sakini Tarıqulu Orucovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

 

Faktla bağlı Xətai rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

LENT

21 İyun 2018
20 İyun 2018

Digər xəbərlər >>>