Sizin link burada

Bakıda qadını sevgilisi ilə şantaj edən şəxsə AĞIR CƏZA TƏLƏBİ

Bakıda xanımı şantaj edərək ondan pul almaqda ittiham edilən şəxsin  Rakif Quliyevin cinayət işi üzrə məhkəmə başa çatıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib.

 

Prokuror R.Quliyevin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 

Xatırladaq ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən Ağcəbədi rayonunun qadın sakini əvvəldən tanıdığı Rakif adlı şəxsin onu barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib, külli miqdarda pul tələb etdiyi barədə məlumat verib.

 

Əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini Rakif Quliyev həmin xanımdan 3000 ABŞ dolları alarkən saxlanılıb.

 

Araşdırma zamanı məlum olub ki, R.Quliyev 2017-ci ilin yanvar ayından saxlanılan günə kimi eyni üsulla zərərçəkəndən müxtəlif vaxtlarda 2000 manat, 2 ədəd brilyant üzük, 1 ədəd brilyant kolye, 10 ədəd “Nikolay” qızıl onluq, 9 ədəd “Nikolay” qızıl 15-lik, 1 ədəd “Osmanlı” qızıl onluq, 1 ədəd qızıl 20-lik ABŞ dolları, 1 ədəd “Nizami Gəncəvi” qızıl külçəsi və 1 ədəd Avstriya qızıl külçəsi alıb.

 

R.Quliyev zərərçəkmiş qadının sevgilisi ilə evdə görüşdüyünü xəbər tutub və bununla da onu şantaj edib. Ümumilikdə ondan 42 min manat pul alıb. Sonuncu dəfə isə 10 min manat tələb edib. R.Quliyev razılaşdıqları 3 min dolları alarkən həbs edilib. Qadına dəymiş zərər ödənilib.

 

LENT

24 İyun 2018
23 İyun 2018

Digər xəbərlər >>>