Sizin link burada

FİFA milli komandanı DÇ-2018-dən kənarlaşdıra bilər

Səudiyyə Ərəbistanı yığması yayda Rusiyada keçiriləcək dünya çempionatına buraxılmaya bilər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, buna səbəb adıçəkilən ölkədə futboldan siyasi arenada istifadə edilməsidi.

 

Bundan narahat olan FİFA ərəbləri mundialdan kənarda qoya bilər. Məsələ burasındadı ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və bir neçə ölkə ötən ilin iyun ayında Qətərə qarşı sanksiyalar tətbiq etmişdilər. Dekabrda keçirilmiş Körfəz Kuboku turniri zamanı Səudiyyə Ərəbistanının dövlət mediası Qətəri yığmasını "terrorçular" adlandırmış, onlar üzərində qələbəyə görə Bəhreynin futbolçularına mükafat vəd etmişdi.

 

Həmçinin Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin klubları Çempionlar Liqasının yeni mövsümündə Qətər komandaları ilə qarşılaşmadan imtina etmişdilər. Asiya Futbol Konfederasiyası da onlara xəbərdarlıq etmiş, vəziyyətin düzəlməyəcəyi təqdirdə sanksiyalar tətbiq olunacağını bildirmişdi.

 

Məsələni araşdıran FİFA  Səudiyyə Ərəbistanı nümayəndələri ilə danışıq aparmağı planlaşdırır. FİFA-nın qaydalarına görə, siyasətin futbola müdaxiləsi qəbulolunmazdı.

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanı yığması DÇ-2018-də Rusiya, Misir və Uruqvayla birlikdə A qrupunda yer alıb.

LENT

24 İyun 2018
23 İyun 2018
22 İyun 2018

Digər xəbərlər >>>