Sizin link burada

Qubada bıçaqlanma olub

Qubada bıçaqlanma hadisəsi olub. Lent.az DİN mətbuat xidmətinin Quba regional qrupuna istinadən xəbər verir ki, fevralın 18-də şəhər sakini Orxan Süleymanovun qarın boşluğundan aldığı xəsarətlə Quba Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə  Rayon Polis Şöbəsinə məlumat daxil olub. Xəstə dərhal əməliyyat olunub.

Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində şəhər sakini Rəşad Hacıyev şübhəli şəxs qismində saxlanılıb. O, araşdırma zamanı törətdiyi əməli etiraf edərək, hadisəni aralarında yaranmış mübahisə zəminində törətdiyini etiraf edib.

Faktla bağlı Quba RPŞ -nin istintaq bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.

LENT

18 İyun 2018
17 İyun 2018

Digər xəbərlər >>>