Sizin link burada

İstirahət günlərində yol qırğını: 7 ölü, 10 yaralı

 

Respublikanın daxili işlər orqanları tərəfindən fevralın 17-dən 19-dək 183 cinayət faktı qeydə alınıb, onların da 31-i “isti izlər”lə açılıb. 
 
 
DİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, axtarışda olduğuna görə 15 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. 
 
 
Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb, 10 nəfər xəsarət alıb.  Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib. 
 
 
Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.

LENT

21 İyun 2018
20 İyun 2018

Digər xəbərlər >>>