Sizin link burada

Xaçmazda qəzada ölən daha 2 nəfərin şəxsiyyəti bilindi - YENİLƏNİB-2

 

Ötən gün Xaçmaz-Quba yolunda baş verən qəzada ölən iki nəfərin şəxsiyyəti bilinib.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəzada ölən şəxslər Qubanın Nügədi kənd sakinləri, 1972-ci il təvəllüdlü Zülfüqar Şahbazov və 1994-cü il təvəllüdlü Rəşid Qasımovdur.

 

***

 

 

22:13

 

Bu gün axşam saatlarında Xaçmaz-Quba yolunda baş verən qəzada xəsarət alan 3 nəfərdən biri dünyasını dəyişib.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, xəsarət alan "VAZ 2106"-nın sürücüsü, 1973-cü il təvəllüdlü Elçin Əliyev Xaçmaz Mərkəzi Rayon Xəstəxanasında dünyasını dəyişib. Beləliklə, yol qəzası nəticəsində ölənlərin sayı 3-ə çatıb.

 

 

 

Faktla bağlı araşdırmalar davam etdirilir. 

 

 

***

 

Bu gün axşam saatlarında Xaçmaz-Quba yolunda 2 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən qəzada xəsarət alan şəxslərin kimliyi məlum olub. 

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, xəsarət alan şəxslər Qubanın Nügədi kənd sakinləri - 1973-cü il təvəllüdlü Elçin Əliyev, 1995-ci il təvəllüdlü Cavid Zülfüqarov və 1966-cı il təvəllüdlü Iftixar Hacıyevdir. Ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.

 

Faktla bağlı araşdırma davam etdirilir.

 

 

***

 

Bu gün axşam saatlarında Xaçmaz-Quba yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb. 

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, "VAZ 2106" markalı avtomaşınla "KamAZ” markalı avtomaşın toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.  Deformasiyaya uğrayan maşından meyitləri çıxarmaq üçün Fövqəladə Hallar Nazirliyinin xilasetmə qrupu cəlb olunub. 

 

Faktla bağlı araşdırmalar aparılır.

 

LENT

21 İyun 2018
20 İyun 2018

Digər xəbərlər >>>