Sizin link burada

“Çelsi” “Barselona” oyunu türk hakimə tapşırıldı

Çempionlar Liqasının 1/8 mərhələsinin ilk oyunu çərçivəsində “Çelsi” “Barselona”nı qəbul edəcək.

“Qafqazinfo” xəbər verir ki, vacib oyun türkiyəli hakim Cüneyt Çakıra həvalə olunub.

Qarşılaşmada Çakıra Bahəttin Duran və Tarik Engün kömək edəcək. Barış Şimşək və Hüseyn Geçek isə əlavə köməkçi hakimlər olacaq.

Qeyd edək ki, “Çelsi” – “Barselona” matçı fevralın 20-də Bakı vaxtı ilə 23.45-də keçiriləcək.

LENT

18 İyun 2018
17 İyun 2018

Digər xəbərlər >>>