Sizin link burada

Maşın bazarı dirçəlib – İDXAL 2 DƏFƏ ARTIB

Azərbaycanda avtomobil satışı bazarı dirçəlməyə başlayıb. Lent.az xəbər verir ki, bu ilin yanvarında ölkəyə xaricdən idxal edilən avtomobillərin sayı 2 dəfə artıb. Belə ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, yanvarda xaricdən Azərbaycana 986 avtomobil gətirilib ki, bu da ötən ilin yanvarına (469 ədəd olmuşdu) nisbətən 2 dəfə artım deməkdir.

 

Ötən ay ölkəyə gətirilən minik avtomobillərinin sayı 908 ədəd, avtobusların sayı 4 ədəd, yük avtomobillərinin sayı 73 ədəd, xüsusi təyinatlı avtomobillərin sayı 1 ədəd olub.

 

Ötən ilin eyni dövrü ilə müqayisədə minik avtomobillərinin sayında 2,2 dəfə, yük avtomobillərinin sayında 1,8 dəfə artım baş verib.

LENT

24 İyun 2018
23 İyun 2018
22 İyun 2018

Digər xəbərlər >>>