Sizin link burada

Sumqayıt Dram Teatrının aktyoru vəfat edib

Sumqayıt Dövlət Dram Teatrının aktyoru və rejissoru Şahmar Qəribli dünyasını dəyişib. Lent.az xəbər verir ki, Ş.Qəribli müalicə aldığı xəstəxanada vəfat edib.

 

Qeyd edək ki, mərhum doğulduğu Kürdəmir rayonunda dəfn edilib.

 

Ş. Qəribli 1952-ci ildə anadan olub. 1971-1975-ci illərdə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsində təhsil alıb. 1976-cı ildən başlayaraq fasilələrlə H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışıb. 1991-ci ildə Moskva şəhərində L.Xeyfetsin rəhbərliyi ilə ali rejissorluq kursunu bitirib. 2001-2010-cu illərdə "Lider" telekanalında fəaliyyət göstərib. 2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub.

LENT

23 İyun 2018
22 İyun 2018

Digər xəbərlər >>>