Sizin link burada

Qazaxıstanda qırğız deputat həbs edildi

Qazaxıstan Xarici İşlər Nazirliyi (XİN) Qırğızıstan XİN-i xüsusi əməliyyat zamanı bu ölkənin deputatı Asılbek uulu Damirbekin saxlandığı barədə məlumatlandırıb.

 

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün  Qazaxıstan XİN-nin mətbuat xidmətinin rəhbəri Anuar Jaynakov bildirib.

 

Qeyd edək ki, Qazaxıstan Baş Prokurorluğu Milli Təhlükəsizlik Komitəsi və Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Büro qaçaqmalçılıq və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə çərçivəsində Alma-Ata, Jambıl və Cənubi Qazaxıstan vilayətlərində, o cümlədən Alma-Ata şəhərində xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı 29 nəfər, o cümlədən 2 Qırğızıstan vətəndaşı saxlanılıb. Qırğızıstan mətbuatı saxlanılanlardan birinin bu ölkənin deputatı Asılbek uulu Damirbek olduğu barədə məlumat yayıb. Dünən Qırğızıstan XİN deputatın saxlanılması xəbərinin təsdiq, yaxud təkzib olunması üçün ölkədəki Qazaxıstan səfirliyinə nota təqdim olunduğunu bəyan edib. Elə həmin gün də Qazaxıstan XİN notaya cavab verib və deputatın saxlandığı təsdiqlənib.

LENT

24 İyun 2018
23 İyun 2018

Digər xəbərlər >>>