Sizin link burada

6 otaqlı ev yandı

Göyçay rayonunda yanğın hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə hadisə rayonun Potu kəndində qeydə alınıb. Kənd sakini, 1979-cu il təvəllüdlü Elxan Məmmədova məxsus ümumi sahəsi 540 kvadratmetr olan ikimərtəbəli 6 otaqlı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Evin 6 kvadratmetrlik hissəsi yanıb, qalan hissəsi yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

 

Faktla bağlı araşdırma aparılır.  

LENT

18 İyun 2018
17 İyun 2018

Digər xəbərlər >>>