Sizin link burada

10 ton ot bağlaması yandı, 5 baş heyvan tələf oldu

Salyanda yanğın baş verib. Lent.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın  rayonun Şorsulu kəndində ümumi sahəsi 245 m² olan tövlədə baş verib. Nəticədə tövlənin taxta atmaları, içərisinə yığılmış 20 ton ot bağlamasının 10 tonu və kisələrə yığılmış 2 ton buğdanın 500 kiloqramı yanıb. Yanğın zamanı tövlədə olan 5 baş heyvan tələf olub. Ot bağlamasının, buğdanın qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

 

LENT

21 İyun 2018
20 İyun 2018

Digər xəbərlər >>>