Sizin link burada

Azərbaycan-Britaniya hərbi əməkdaşlıq planı imzalanıb

London şəhərində Azərbaycan və Böyük Britaniya müdafiə nazirlikləri arasında Qərargah danışıqları keçirilib.

 

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, tədbirdə ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti, perspektiv istiqamətləri nəzərdən keçirilib, təlim, təhsil, eləcə də regional təhlükəsizlik və digər maraq doğuran məsələlər müzakirə olunub.


Danışıqların yekunu olaraq “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Birləşmiş Krallığın Müdafiə Nazirliyi arasında 2018/2019-cu maliyyə ili üçün hərbi əməkdaşlıq Planı” imzalanıb.

LENT

24 İyun 2018
23 İyun 2018
22 İyun 2018

Digər xəbərlər >>>