Sizin link burada

Gəncədə silsilə oğurluq edən şəxs saxlanıldı

Gəncədə silsilə oğurluq hadisələri törətməkdə şübhəli bilinən şəxs yaxalanıb.

Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini Seymur Rəhimovun mobil telefonunu oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur İsmayılov saxlanılıb. Ətrafında aparılmış tədbirlərlə onun 3 həyətyanı sahədən ev quşları və elektrik kabeli, 1 mağazadan spirtli içki və tütün məmulatı, 2 avtomobildən akkumulyator, 1 nəfərin isə 45 manat pulunu və təmir-tikinti alətlərini oğurlaması da müəyyən edilib.

LENT

18 İyun 2018
17 İyun 2018

Digər xəbərlər >>>