Sizin link burada

Bakıda tapılan doğranmış qadın meyiti ilə bağlı YENİ XƏBƏR

 

Daxili İşlər Nazirliyi Bakıda tapılmış doğranmış qadın meyiti ilə bağlı məlumat yayıb.
 
 
Lent.az-ın DİN mətbuat xidmətinə istinadən xəbərinə görə, fevralın 16-da saat 9 radələrində Binəqədi rayonu ərazisində məişət tullantıları qutusunda hissələrə bölünmüş qadın meyiti tapılıb.
 
 
Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə mərhumun Bülbülə qəsəbə sakini, 58 yaşlı Lyubov Rəhimova olması və fevralın 12-də yaşadığı evdə tanışı, əvvəllər məhkum olunmuş 50 yaşlı İrina Qorlova tərəfindən küt alətlə qətlə yetirilib, balta ilə hissələrə bölündükdən sonra qeyd edilən məişət tullantıları qutusuna atılması müəyyən edilib. 
 
 
 
Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə İ.Qorlova tutularaq istintaqa təhvil verilmişdir. 
 
 
Faktla bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.  

LENT

21 İyun 2018
20 İyun 2018

Digər xəbərlər >>>