Sizin link burada

Heydər ƏIiyev prospektində dəhşətli qəza: 2 ölü, 2 yaralı - YENİLƏNİB

Bakıda dəhşətli qəza baş verib.

 

Lent.az-ın "Qafqazinfo"-ya istinadən məlumatına görə, Heydər Əliyev prospektində bir neçə maşın qəzaya düşüb. Belə ki, "Lexus" orta yolda hərəkət edən 99 EL 341 dövlət nömrə nişanlı "Opel" markalı avtomobili arxadan vurub. Zərbədən "Opel" orta yoldan çıxaraq köməkçi yola düşüb.

 

Köməkçi yolda isə "Opel" daha iki maşına dəyib.

 

Hadisə zamanı "Opel"də olan hər iki sərnişinin öldüyü deyilir. 

 

****

18:15

"Hazırda Heydər Əliyev prospektində - metronun "Koroğlu" stansiyasından şəhər mərkəzi istiqamətində əsas və kənar yolda tıxac müşahidə edilir".

 

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, tıxaca səbəb prospektin Ağa Nemətulla küçəsi ilə kəsişməsinə yaxın hissəsində yol nəqliyyat hadisəsinin baş verməsidir.

LENT

18 İyun 2018
17 İyun 2018

Digər xəbərlər >>>