Sizin link burada

BAKIDA QORXUNC HADİSƏ: daha bir nəfəri tikə-tikə doğrayıb zibilliyə atdılar

 

Bakıda zibil qutusundan doğranmış insan orqanları tapılıb. Lent.az xəbər verir ki, Azadlıq prospekti 28 ünvanındakı 16 mərtəbəli binanın qarşısında “Təmiz Binəqədi” loqolu zibil yeşiyinin içindən insan əzaları aşkarlanıb. Məlum olub ki, 40-45 yaşlı qadının bütün bədən orqanları doğranıb. Onun başı, qol və ayaqları qutudan çıxarılıb. Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları gəlib. Tapılmış bədən hissələri ekspertiziyaya aparılıb.

 

Qeyd edək ki, keçən il Bakının Suraxanı rayonunda kanalizasiya sularından insan orqanları aşkarlanmışdı. Lakin həmin şəxsin kimliyini və onu öldürənləri müəyyənləşdirmək mümkün olmamışdı. 

LENT

21 İyun 2018
20 İyun 2018

Digər xəbərlər >>>