Sizin link burada

Sevda arxiv videosundan danışdı: "Boz sərçədən ulduza çevrilmişəm" - VİDEO

 

Müğənni Sevda Yahyayeva yeni yayılan arxiv görüntülərinə münasibət bildirib. Lent.az-ın məlumatına görə, ifaçı ona tənqidi şərhlər yazan izləyicilərinə belə cavab verib: “Səhnəyə gəldiyim ilk gündən kasıb ailədən olduğumu, atasız böyüdüyümü, mağazada çörək satdığımı heç kəsdən gizlətməmişəm. Hamı mənim keçmişimi əzbər bilir. 13 yaşımda Qobu qəsəbəsində keçirilən konsert proqramı zamanı çəkilmiş kasıbyana, zövqsüz və indi sizə gülməli görünən görüntümdən bu gün də utanmıram! Çünki hazırda yetərincə məşhur, gözəl dost çevrəsinə malik, maddi və mənəvi azadlıq qazanmış biriyəm. Anama, ailəmə ürəyim istəyən kimi baxa bilirəm.

İndiyə kimi qazandığım statusdan istifadə edib, heç kimi acılamamışam, heç bir imkansıza yuxarıdan aşağı baxmamışam. Şöhrət və pul mənim xasiyyətimi dəyişməyib. Həyatda irəliləməyi, ürəyi istəyən işlə məşğul olmağı, heç bir əməliyyat keçirmədən boz sərçədən cazibədar bir ulduza çevrilməyi Allah hər kəsə nəsib etmir. Sağ əlim arzusunda olanların başına olsun”.

LENT

23 İyun 2018
22 İyun 2018

Digər xəbərlər >>>