Sizin link burada

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi yaradıldı

Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyi yaradılıb.

 

APA-nın məlumatına görə, bununla bağlı bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müvafiq fərman imzalayıb.

 

Fərmana əsasən Naxçıvan Muxtar Respublikasının “Naxavtoyol” Dövlət Şirkətinin  əsasında Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyi yaradılıb.

 

“Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyi haqqında Əsasnamə” və “Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin strukturu” da təsdiq edilib. Agentliyin strukturu Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin Aparatı və Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin yerli qurumlarından ibarət olacaq.

LENT

26 Fevral 2018
25 Fevral 2018
24 Fevral 2018

Digər xəbərlər >>>