Sizin link burada

Ulduz futbolçudan nümunəvi addım

“Mançester Siti”nin yarımmüdafiəçisi İlkay Gündoğan nümunəvi addıma əl atıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, ulduz futbolçu anadan olduğu Balıkesirə sürpriz hədiyyə yollayıb.

 

Belə ki, Almaniya millisinin üzvü böyüdüyü Dursunbey kəndində yerli bələdiyyənin əlillərlə bağlı başlatdığı kampaniyaya dəstək verib. İlkay Sevgililər günündə doğma kəndinə əlillərə xidmət göstərəcək müasir avtobus göndərib.

 

Qeyd edək ki, İlkay Gündoğan 2011-ci ildən Almaniya millisinə çağırılır.

LENT

27 May 2018
26 May 2018

Digər xəbərlər >>>