Sizin link burada

GUAM da seçkiləri müşahidə edəcək

GUAM Azərbaycanda bu il aprelin 11-də keçiriləcək prezident seçkilərinə müşahidə missiyası göndərəcək.

 

GUAM-dan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, təşkilat seçkilərdə iştirak etmək üçün Azərbaycan tərəfindən dəvət alıb.

 

Məlumatda bildirilir ki, GUAM müşahidə missiyası prezident seçkilərində monitorinq həyata keçirəcək.

 

Missiyaya kimin rəhbərlik edəcəyi və tərkibi hələlik müəyyənləşməyib.

LENT

27 May 2018
26 May 2018

Digər xəbərlər >>>