Sizin link burada

Həccdə ölənlərin ailəsinə pul veriləcək - MƏBLƏĞ AÇIQLANDI

Bu il Həcc ziyarəti zamanı ölən zəvvarların ailəsinə, eləcə də səhhətində problem yaranan zəvvarlara Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən kompensasiya ödəniləcək.

 

APA-nın məlumatına görə, Həcc ziyarəti ilə bağlı zəvvarla imzalanan müqavilədə qeyd olunur ki, ziyarət zamanı dünyasını dəyişən zəvvarın ailəsinə 4500 manat maddi yardım ediləcək.

 

Ziyarət zamanı səhhətində ciddi problem yaranmış zəvvara da təqdim edilmiş tibbi sənədlər əsasında təşkilatçı tərəfindən dəymiş zərər nəzərə alınmaqla ziyarət bitdikdən sonra 2 aydan çox olmamaq şərti ilə müalicə üçün 2 000 manatdək maddi yardım ediləcək.

 

Bildirilir ki, Səudiyyə Ərəbistanı qanunlarına görə, Həcc ziyarəti zamanı dünyasını dəyişən şəxs ziyarət yerində dəfn olunur.

 

Qeyd edək ki, Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb, ziyarətin qiyməti 4150 ABŞ dollarıdır.

 

Azərbaycandan Həcc ziyarətini QMİ təşkil edir

LENT

26 Fevral 2018
25 Fevral 2018
24 Fevral 2018

Digər xəbərlər >>>