Sizin link burada

Sabiq polis rəisinin şikayəti təmin edilmədi

Binəqədi rayon Polis İdarəsi Narkotiklərlər Mübarizə Şöbəsinin keçmiş rəisi, polis mayoru Mahir Əkbərovun barəsində olan məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.

Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində  hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Hakimlər kollegiyasının qərarına əsasən, M.Əkbərovun apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, M.Əkbərovun həyat yoldaşı Leyla Əkbərova vətəndaşların 150 min manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilib. O, vətəndaşları işə düzəltmək, universitetə qəbul etdirmək, diplom almasına kömək etmək vədləri verərək bu əməlləri törədib.

Zərərçəkənlərdən biri olan Anara Məmmədova bildirib ki, onu işə düzəltmək adı ilə 100 min manatdan çox pul alıb.

Bu məhkəmə prosesi ərəfəsində M.Əkbərov mətbuata açıqlama verərək zərərçəkmiş Anara Məmmədova və həyat yoldaşı Dəyanət Məmmədov haqda ittihamlar irəli sürüb. O iddia edib ki, D.Məmmədov işlədiyi şirkətdə maliyyə maxinasiyalarına yol verərək əlavə qazanc əldə edir və özünü yüksək vəzifəli şəxslərin yaxın adamı kimi təqdim edir.

Bundan sonra D.Məmmədov Yasamal Rayon Məhkəməsinə müraciət edib. O, M.Əkbərov barəsində xüsusi ittiham qaydasında şikayət edib və səsləndirdiyi fikirlərin yalan olduğunu bildirib.

M.Əkbərovun işi üzrə Yasamal Rayon Məhkəməsində araşdırma aparılıb. Məhkəmə qərarına əsasən, o, Cinayət Məcəlləsinin 147.1-ci (böhtan yayma) maddəsi ilə təqsirli bilinib və o, 500 manat məbləğində cərimə edilib. Qərardan narazı qalan M.Əkbərov apellyasiya şikayəti verib.

Onu da qeyd edək ki, L.Əkbərova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verdiyi apelyasiya şikayəti təmin edilməyib və hökm qüvvədə saxlanılıb.

LENT

26 Fevral 2018
25 Fevral 2018
24 Fevral 2018

Digər xəbərlər >>>