Sizin link burada

Əfqanıstan Veteranları Birliyinin sədri və müavini MƏHKƏMƏ QARŞISINDA

Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev və Cavan Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 

 

 

Lent.az-ın məlumatına görə,  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

 

Məhəmməd Vəliyev Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri, Cavan Əhmədov isə təşkilatın sədr müavinidir.

 

Hər iki təqsirləndirilən şəxs dələduzluq, rüşvət alma və sənədlərin saxtalaşdırılmasında ittiham edilirlər.

 

Məhkəmə baxışı fevralın 21-nə  təyin edilib.

 

Qeyd edək ki, təşkilatın sədr və sədr müavinindən şikayətçi olanlar veteranlardır.

 

Veteranlar şikayətlərində qeyd ediblər ki, 8 mindən çox üzvü olan İctimai Birlikdə korrupsiyaya yol verilib, veteranlara ayrılmış torpaq sahəsi üçün külli miqdarda pul tələb olunub.

 

Mətbuatda dərc olunan şikayətdə qeyd edilib ki, Prezidentin tapşırığı ilə 2005-ci ilin mart ayında veteranların fərdi ev tikintisi üçün 10,35 ha torpaq sahəsi ayrılıb: "Bizim sosial vəziyyətimizin yaxşılaşdırılması istiqamətində müəyyən tapşırıqlar verilib. Ancaq birlik sədri Məhəmməd Vəliyev bizim bu imtiyazlardan istifadə etməmizə mane olur. Özlərinə yaxşı biznes qurublar. Birlik üçün nəzərdə tutulmuş torpaq sahəsini sadəcə veteranlara yox, digər şəxslərə də 3500-8000 manat arasındakı qiymətə satır. Əgər araşdırılsa, torpaq sahiblərinin müharibə veteranı olmadığı aydın görünər. Hətta birliyin Dilarə Əliyeva 251 ünvanında yerləşən ofisi də bu yaxınlarda satılıb”

 

Şikayətçilər onu da qeyd edib ki, Əfqanıstan müharibə veteranlarına, əlillərinə və şəhid ailələrinə dövlət tərəfindən ayrılmış limitlər və yardımlar da sədr tərəfindən mənimsənilib.

 

 

Zərərçəkmişlər 30 nəfərin imzası ilə Prezident Administrasiyasına məktub göndəriblər. İş araşdırılması üçün Baş Prokurorluğa göndərilib. Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə idarəsində göndərilib.

 

 

Bundam sonra sədr və sədr müavininə cinayət işi qaldırılıb. Onların hər ikisinə Cinayət Məcəlləsinin 178.3.2(  külli miqdarda dələduzluq), 311(rüşvət alma) və 308(vəzifə səlahiyyətləri aşma) maddələri ilə ittiham verilib.

 

 

Hər iki şəxsə polis nəzarəti qətimkan tədbiri seçilib.

 

 

 

Onu da qeyd edək ki, birliyinin sədri Məhəmməd Vəliyev Əfqanıstan müharibəsində göstərdiyi şücaətlərə görə “Za bayevoy zasluqi”, “Tərəqqi” medalı ilə təltif olunub.

 

LENT

26 Fevral 2018
25 Fevral 2018
24 Fevral 2018

Digər xəbərlər >>>