Sizin link burada

12 dərəcə isti, duman - HAVA PROQNOZU

 

 
 
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək, axşam şimal küləyi ilə əvəz olunacaq.
 
 
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 1-4, gündüz 7-10,  Bakıda gecə 2-4, gündüz 8-10 dərəcə isti olacaq. 
 
 
Azərbaycanın rayonlarında fevralın 15-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı  yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
 
 
Havanın temperaturu gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. 

LENT

22 Fevral 2018

Digər xəbərlər >>>