Sizin link burada

Prezident Böyük Britaniya Baş nazirinin nümayəndəsini qəbul edib - YENİLƏNİB

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Böyük Britaniyanın Baş nazirinin ticarət elçisi xanım Baronessa Emma Nikolsonu qəbul edib.
 
Lent.az-ın AzərTAC-a istinadən xəbərinə görə, dövlət başçısı Baronessa Emma Nikolsonun Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Bakıda keçiriləcək 4-cü iclasında iştirakına görə minnətdarlığını bildirib. 
 
 
Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, enerji və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, BP şirkəti ilə Azərbaycan arasında uzun illər səmərəli əməkdaşlığın həyata keçirildiyi qeyd edilib.
 
Söhbət zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə verdiyi töhfənin, “Cənub Qaz Dəhlizi” layihəsinin önəmi vurğulanıb. 
 
 

***

 

10:59

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Böyük Britaniyanın Baş nazirinin ticarət elçisi xanım Baronessa Nikolsonu qəbul edib.

 

Lent.az-ın məlumatına görə, bu barədə AzərTAC xəbər yayıb. 

LENT

26 Fevral 2018
25 Fevral 2018
24 Fevral 2018

Digər xəbərlər >>>