Sizin link burada

Fələstin İsraillə birbaşa danışıqlara hazırdır

 

 

Fələstin İsraillə üçüncü tərəfin təşkil edəcəyi birbaşa danışıqlara hazırdır. Moskva və ya Soçi bunun üçün neytral meydança ola bilər.  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Fələstin XİN rəhbəri Riyad əl Maliki bildirib.

 

“Hesab etmirəm ki, bu cür danışıqlar Qüdsdə keçirilməlidir”, - deyə diplomat bildirib.

 

Riyad əl Maliki İsrail tərəfinə qeyd olunan variant üzərində düşünməyə və təklifi müsbət qəbul etməyə çağırıb.  

 

Bundan əvvəl Fələstin liderinin xarici siyasət məsələləri üzrə müşaviri Nabil Şaas bildirib ki, Fələstin xarici tərəfdarlarla İsraillə münaqişənin nizamlanmasının yeni çoxtərəfli formatın yaradılması üzərində çalışır.

LENT

28 May 2018
27 May 2018
26 May 2018

Digər xəbərlər >>>